Putin-Pezeşkian görüşü Bişkekdə olacaq

saytların hazırlanması

Evə çatdırılma

Putin-Pezeşkian görüşü Bişkekdə olacaq

Dünya

29 Avqust 2026 11:20 90


Vladimir Putin sentyabrın 1-də Bişkekdə İran Prezidenti Məsud Pezeşkyanla görüşəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvəsi çərçivəsində baş tutacaq. pizza sifarişi

"Yaxın Şərqdəki mövcud gərgin vəziyyət, İran ətrafındakı vəziyyət nəzərə alınmaqla bu görüşün nə qədər aktual olduğunu bilirsiniz. Buna görə də, şübhəsiz, iki liderin müzakirələri zamanı Yaxın Şərq əsas mövzu olacaq", - deyə Uşakov qeyd edib və əlavə edib ki, liderlər həmçinin ikitərəfli məsələləri də müzakirə edəcəklər.

Putin ŞƏT sammitində iştirak etmək üçün avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə olacaq.

Uşakovun sözlərinə görə, Prezidentin Bişkekdə 9 ikitərəfli görüşü planlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!