Putin TŞ katiblərinə: “Sənədlər yenilənməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Putin TŞ katiblərinə: “Sənədlər yenilənməlidir“

Dünya

03 Noyabr 2022 11:14 753


"Bugünkü mürəkkəb və qeyri-sabit beynəlxalq vəziyyətdə MDB ölkələrinin təhlükəsizlik şuraları bütün mövcud imkanlardan istifadə edərək strateji planlaşdırma sənədlərini işləyib hazırlamalı və yeniləməlidirlər".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin bildirib.

Onun Moskvada keçirilən MDB Təhlükəsizlik Şuraları (TŞ) katiblərinin onuncu illik iclasına göndərdiyi təbrik mətubunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev oxuyub: Toyuqlu pizza

“Bu gün beynəlxalq mühit mürəkkəb və qeyri-sabit olaraq qalır. Bu baxımdan, MDB məkanında vəziyyətin hərtərəfli təhlili və potensial çağırışların və risklərin müəyyən edilməsi üçün strukturlarınızın güclü analitik və proqnozlaşdırıcı resurslarından tam istifadə etmək vacibdir”.

Məhz bu əsasda strateji planlaşdırma sənədləri hazırlanmalı və yenilənməli, məsuliyyətli hökumət qərarları qəbul edilməlidir. İlk növbədə - informasiya və bioloji təhlükəsizlik, antiterror, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!