“Qadınlar kişiləri özlərindən asılı vəziyyətə salmaq üçün nikahdankənar uşaq doğurlar”

saytların hazırlanması

Evə çatdırılma

“Qadınlar kişiləri özlərindən asılı vəziyyətə salmaq üçün nikahdankənar uşaq doğurlar”

Sosial

29 Avqust 2022 16:54 2507


“Qanunvericiliyimiz dini kəbini əsas götürmür. Yəni, bu gün biz dinin dediyi o kəbin sənədinin üstün olmadığının şahidiyik. Çünki ölkədə yalnız qanunlar çərçivəsində evlilik keçərlidir. Dini kəbin bu gün məhkəmə proseslərində keçərli deyil”. 

Bu sözləri Yenisabah.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "ikinci evlilik rəsmi olarsa, sığınacaqlarda uşaqların sayı azalacaq" fikrinə münasibət bildirərkən deyib.

Kəmalə Ağazadə bildirib ki, ikinci rəsmi evlilik heç bir halda məsuliyyət formalaşdırmayacaq: Sezar pizza

"Bu fikir absurddur. Bunu deyən adamın ağlı yoxdur. Bu fikri səsləndirənlər qanunvericiliyə, Ailə Məcəlləsinə göz gəzdirsinlər. Mənim rəsmi nikahda olan, uşaqları da sığınacaqlarda yerləşdirilən tanıdığım kifayət qədər ailə var. Burada məsələ bir insanın məsuliyyətidir. Gəlin, qeyri-rəsmi evlilik yox, təsadüfi münasibətlərdən dünyaya gələn arzuolunmaz uşaq deyək. Çünki bu gün bu uşaqların ailələriylə bağlı araşdırmalar etdikdə məlum olur ki, bunların heç birini ailə qəbul etməyib və ya onların evliliyi dini kəbinlə qurulan evlilik belə deyil. O da var ki, qanunvericiliyimiz dini kəbini əsas götürmür. Yəni, bu gün biz dinin dediyi o kəbin sənədinin üstün olmadığının şahidiyik. Çünki ölkədə yalnız qanunlar çərçivəsində evlilik keçərlidir. Dini kəbin bu gün məhkəmə proseslərində keçərli deyil. Ailə məsələlərində məsuliyyəti dərketməyənlər arasında qadınlar da var. Əlbəttə ki, bu gün təsadüfi münasibətlərdən dünyaya gələn arzuolunmaz uşaqlara olan münasibət müsbət anlamda birmənalı deyil. Bunu təəssüf ki, kişilər yox, elə qadınlar da dərk etmir. Qadınlar bəzi hallarda kişiləri özlərindən asılı vəziyyətə salmaq üçün nikandankənar uşaq dünyaya gətirirlər. Ümumiyyətlə, ailə varsa, planlaşdırma olmalıdır.  Deməli, bunlar heç ailə də deyillər. Ona görə də bu uşaqlar arzuolunmaz uşaqlar hesab olunur. Amma rəsmi nikahda olan ailələrdə dünyaya gəlmiş uşaqlar da var ki, valideynlər arasında olan anlaşılmazlıq, münaqişələr o uşaqların sığınacaqlara düşməsinə səbəb olur. İkinci rəsmi evlilik heç bir məsuliyyət formalaşdırmayacaq”.

Onun sözlərinə görə, hazırkı məqamda sığınacaqlarda rəsmi evlilikdən olan uşaqların sayı ilə müqayisədə təsadüfi münasibətlərdən dünyaya gəlmiş arzuolunmaz uşaqlar daha  çoxdur: "Təəssüf ki, kişiləri tələyə salmaq üçün xəyallar qurub “bunu belə edəcəm, mən o kişidən belə tələb edəcəm”  deyərək nikahdankənar uşaq dünyaya gətirən qadınlar sonradan həmin körpələri sığınacaqlarda yerləşdirirlər. Bundan ən çox əziyyət çəkən isə uşaqlardır. Bu uşaqların zorakılıqla üzləşmək ehtimalı çox yüksəkdir”.

 İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!