2026-cı ilin yanvar-avqust aylarında “Qala Həyat Sığorta” ASC-nin fəaliyyətində yığımların geriləməsi, ödənişlərin isə nəzərəçarpacaq dərəcədə yüksəlməsi müşahid olunub.
“Yeni Sabah” xəbər verir ki, şirkət cari ilin ilk 8 ayı ərzində 18 milyon 25 min manat sığorta haqqı toplaya bilib. Ötən ilin eyni dövründə bu göstərici 21 milyon 63 min manat təşkil edirdi. Beləliklə, sığorta yığımlarında 3 milyon 38 min manat və ya 14,4% azalma qeydə alınıb.
Yığımlardan fərqli olaraq, sığorta ödənişlərində ciddi artım baş verib. Şirkət hesabat dövründə müştərilərinə 3 milyon 271 min manat ödəniş edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə (2 milyon 109 min manat) 1 milyon 162 min manat və ya 55,1% çoxdur. pizza
Maliyyə göstəricilərindəki bu dinamika zərərliyyat nisbətinə də təsir edib. 2026-cı ilin yanvar-avqust aylarında “Qala Həyat” cəlb etdiyi hər 100 manat sığorta haqqının 18,15 manatını ödənişlərə yönəldib. Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə hər 100 manatlıq yığıma düşən ödəniş həcmi 10,01 manat idi (8,14 manat artım).
Telegram kanalımız