Qara çay ömrü uzadır - Alimlər

saytların hazırlanması

Evə çatdırılma

Qara çay ömrü uzadır - Alimlər

Sosial

30 Avqust 2022 17:25 1028


Yeni bir araşdırmaya görə, çay içənlərin ölüm riski daha azdır. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ alimləri hər gün çay içən insanların içməyənlərə nisbətən ölüm riskinin 9-13 faiz daha az olduğunu aşkar ediblər.

Elmi araşdırma 2006-2010-cu illərdə daha çox çay içən britaniyalılar arasında aparılıb və araşdırmaya qatılan təxminən 500 min insan 11 il ərzində izlənilib. Pepperoni pizza

ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimləri 2006-2010-cu illər arasında Böyük Britaniyanın “Biobank” məlumat bankından istifadə edərək, 40-69 yaş arasında olan 498.043 insan arasında çay içmə vərdişləri ilə bağlı sorğu keçiriblər. Sorğunun respondentləri 2022-ci ilə qədər izlənilib. Elm adamları öz nəticələrini açıqlayaraq, gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz azaldığını bildiriblər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!