Prezidentin köməkçisi Hikmət Hacıyev Buxaradan bir azərbaycanlı alimlə bağlı paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, paylaşımda XVII əsrin görkəmli filosofu Yusif Qarabağinin məzarı əks olunub.
Yusif ibn Məhəmmədcan Qarabaği kimdir? Marqarita pizza
O, XVI əsrin sonlarında Qarabağda doğulub. Şərqin görkəmli alimi, filosofu, təbibi və müdərrisi Məhəmmədcan Qarabağinin oğludur.
Yusif Qarabaği ilk təhsilini Qarabağda aldıqdan sonra Orta Asiya və Yaxın Şərqə səyahət edib, əsas elmi və pedaqoji fəaliyyətini Buxara ilə Səmərqənd mədrəsələrində davam etdirərək dövrünün böyük ustadı ("Mövlana") statusunu qazanıb.
Məntiq, fəlsəfə, ilahiyyat, tibb, hüquq və ərəb dilçiliyi sahələrində dərin biliklərə malik olan alim xüsusilə İbn Sinanın "Əş-Şifa" və "əl-İşarat" əsərlərinə, həmçinin Ədudəddin əl-İcinin təlimlərinə yazdığı haşiyə və şərhlərlə ("Hasiyə ala Şərh əl-İşarat", "Hasiyə ala Şərh əl-Əkaid") tanınıb. XVII əsrdə Orta Asiyada Şərq peripatetizminin və məntiq məktəbinin inkişafında müstəsna rol oynayaraq Azərbaycan elmi fikrini regionda yüksək səviyyədə təmsil edib.
Görkəmli filosof 1635-ci ildə Səmərqənd şəhərində vəfat edib. O, Buxara yaxınlığındakı "Qara ələm" qəbiristanlığında dəfn edilib.
Nazim Hacıyev
Telegram kanalımız