“Qarabağ” - “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi

İdman

06 Dekabr 2025 19:55 14029


“Qarabağ" – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.

"Yeni Sabah" xəbər verir ki, qurum bununla bağlı məlumat yayıb: “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

"Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Marqarita pizza

 Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”.

Qeyd edək ki, matçın "CBC Sport"da yayımlanması nəzərdə tutulmuşdu. Qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq. /Offsideplus.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elçin
    CBC öz Yutube kanalına pirat kanal deyir. İTV kanalında yayınlanmsı əla oldu.
    5 months ago