25 İyun - 17:09
“Qarabağ” “Qızıl dubl”a imza atdı

“Qarabağ” “Qızıl dubl”a imza atdı

İdman

27 May 2022 22:06 757


Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu "Qarabağ" bürünc medalçı "Zirə" ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn "Qarabağ" kubokun sahibi olub. Bununla da Ağdam təmsilçisi "Qızıl dubl"a imza atıb.

“Qarabağ” tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə” - 1:1 (Penaltilər seriyası - 4:3)

Qollar: Hamidu Keyta, 17 (0:1), Abdullah Zubir, 69 (1:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!