Qarabağ Universitetində 1000 nəfər təhsil alacaq

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Universitetində 1000 nəfər təhsil alacaq

Sosial

29 Fevral 2024 12:07 352


2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq. 

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib. 

"Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq", - o əlavə edib.  Sezar pizza

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb: 

"Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. Hansı ki irəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!