İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 24-dən 30-dək görülən işlərin həftəlik statistikası açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb. Hesabat həftəsində ərazilərin minalardan və partlayıcı sursatlardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.
Əməliyyatlar zamanı ümumilikdə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 689 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. pizza sifarişi
Həftə ərzində 20 milyon 487 min 454 kvadratmetr (2 048,7 hektar) ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Aytac Əliyeva
Telegram kanalımız