“Temu”nun Azərbaycanda qanunvericiliyi pozub - Agentlik

saytların hazırlanması

Evə çatdırılma

“Temu”nun Azərbaycanda qanunvericiliyi pozub - Agentlik

İqtisadiyyat

25 Noyabr 2026 17:18 37


“PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməsi və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin araşdırması nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.

Bununla əlaqədar Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Online alış-veriş

Hazırda işə baxılması prosesi davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!