Avropa İttifaqı (Aİ) ilin sonuna kimi Gürcüstana ittifaq üzvlüyünə namizəd statusu verməsə, bu, böyük xəta olacaq.
Yenisabah.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
O deyib: “Hesab edirəm ki, bu, ədalətsiz və həqiqətən də əsassız addımdır. Məsələn, buradan Rusiyaya göndərilən mesaj nədir? Yəni biz avropalılar Ukrayna və Moldovadan iki-üç dəfə daha çox inkişaf edən Gürcüstanı qəbul etmirik. Əgər xidmətləri nəzərə alsaq, onda onlar görülən işlər əsasında Gürcüstana bu hüququ verməli idilər”. pizza
Telegram kanalımız