Qayınatasının evinə silahlı basqın elədi -   DÖRD NƏFƏRİ ÖLDÜRDÜ

saytların hazırlanması

Evə çatdırılma

Qayınatasının evinə silahlı basqın elədi - DÖRD NƏFƏRİ ÖLDÜRDÜ

Hadisə

14 İyun 2026 12:35 157


Türkiyədə qayınatasının evinə silahlı basqın edən polis çavuşu Musa Gəzər dörd nəfəri güllələyərək öldürüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Şəmdinli rayonunda qeydə alınıb.

Məlumata görə, İstanbulda xidmət edən M.Gəzər işdən icazə alıb ailəsi ilə görüşmək üçün Şəmdinliyə gedib. Ailə bir araya gələn zaman onlar arasında səbəbi hələlik məlum olmayan mübahisə yaranıb. Bu zaman M.Gəzər tapançadan atəş açaraq qayınatası Gürkan Dəmiri, qayınanası Həbibə Dəmiri, həyat yoldaşı Gülşən Gəzəri və baldızı Dəniz Dəmiri qətlə yetirib. Dominos pizza

M.Gəzər daha sonra özünə atəş açıb, lakin sağ qalıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, durumu ağırıdır.

Hadisə yerinə polis qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!