Qazimiz işlə təmin edildi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Qazimiz işlə təmin edildi - FOTO

Sosial

24 May 2021 17:21 1134


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazi Sahil Həsənlini Sumqayıt Reabilitasiya Mərkəzində işlə təmin edib.

Yenisabah.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsində yaşayan qazimiz yaşayış yerinə yaxın olması nəzərə alınaraq Agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.   

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik  təyin olunan qazimiz müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. S.Həsənlinin mənzil və avtomobillə təminatı da həyata keçiriləcək.  Pepperoni pizza

Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazimiz həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda S.Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!