Qəbul imtahanı: Ən çox hansı qruplarda qeydiyyat var? 

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanı: Ən çox hansı qruplarda qeydiyyat var? 

Sosial

23 Aprel 2024 09:54 913


I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.

Yenisabah.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 46 mindən çox abituriyent qeydiyyatdan keçib.

Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 15421 nəfər bu qrup üzrə müraciət edib. Pepperoni pizza

II ixtisas qrupu üzrə 14091 nəfər, III qrup üzrə 13634 nəfər, IV qrup üzrə isə 3687 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 41017 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!