Qərbi Azərbaycan İcmasından bəyanat

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycan İcmasından bəyanat

Siyasət

15 Sentyabr 2026 10:12 80


Qərbi Azərbaycan İcması Ermənistanın diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə reaksiyasını pisləyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

İcma Ermənistanın sözügedən səfərə kəskin reaksiya verməsini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib. pizza sifarişi

Bildirilib ki, Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda belə yanaşmalar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələri təşviq edir.

Qərbi Azərbaycan İcması Ermənistanın mövqeyini Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım hesab edib.

"Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir", - deyə açıqlamada qeyd olunub.

İcma erməni cəmiyyətini Azərbaycanın suveren əraziləri və tarixi ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməyə çağırıb.

Qeyd olunub ki, bu istiqamətdə atılacaq addımlar iki ölkə və cəmiyyət arasında davamlı sülhün bərqərar olmasına xidmət edə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!