"Jurnalist üçün sonradan əxz olunan keyfiyyətlərdən əlavə, genetik keyfiyyətlər də zəruridir. Buraya müşahidə və intuisiya qabiliyyəti də aiddir".
Yenisabah.az xəbər verir ki, bunu "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.
O qeyd edib ki, yalanı-doğrunu hiss etmək, aldanmamaq, emosiyalarının həqiqətə üstün gəlməsinə imkan verməmək jurnalist üçün vacib məziyyətlərdəndir: Dördpendirli pizza
"Qəzəb, qisas, kin bəzən elə həddə çatır, gözü elə bağlayır ki, həqiqəti görməyə imkan vermir. Amma jurnalist yalanı qəsdən, bilərəkdən qabardırsa, insanların zəif yerlərinə toxunub, hissləriylə oynayır, cəmiyyəti çalxalayırsa, bu, bağışlanmazdır, peşəyə və özünə etibarsızlıq, inamsızlıq yaratmaq, qınaq hədəfinə çevirməkdir.
İndi jurnalist adına iddia edənlərin sayı-hesabı yoxdur və bu keyfiyyətləri onlardan ummaq da faydasızdır. Peşəkar adına iddialılar isə gərək ədalət hissini itirməsin, küyə getməsin , səhv etməsin, qəzəbin-kinin obyektivliyə, həqiqətə üstün gəlməsinə yol verməsinlər".
Telegram kanalımız