Qırğız deputatı sərhəddə itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Qırğız deputatı sərhəddə itkin düşdü

Dünya

27 Noyabr 2022 13:42 783


Qırğızıstan Respublikasının deputatı Elvira Surabaldiyeva həmkarı Çingiz Aydarbekovun yoxa çıxdığını, deputat Emil Jamqırçiyevin isə Qazaxıstanla sərhəddə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Yenisabah.az xəbər verir ki, onlar ikilikdə dəfn mərasiminə yollanıb. Amma Qazaxıstanla sərhəddə yerləşən “Ak Jol” sərhəd-keçid məntəqəsində məlum olub ki, Jamqırçiyevin çıxışına qadağa qoyulub.

Qadın deputat əlavə edib ki, MTDK tərəfindən saxlanılıb, lakin bir müddət sonra sərbəst buraxılıb. pizza hut

“Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən bəri əlaqə yoxdur. MTDK susur”, - o, ikinci deputatın taleyi ilə bağlı qeyd edib.

“Sputnik” agentliyinin Qırğızıstan üzrə regional bölməsi yazıb ki, MTDK-nin mətbuat xidmətindən hələlik şərh almaq mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!