Qışın ən ağır yükü: Ailə gəlirinin yarısı nəyə gedir?

saytların hazırlanması

Evə çatdırılma

Qışın ən ağır yükü: Ailə gəlirinin yarısı nəyə gedir?

Sosial

24 Sentyabr 2026 09:03 190


Gəlir səviyyəsindən asılı olaraq qış aylarında ailə büdcəsinin xərc strukturu kəskin dəyişir. Yüksək gəlirli ev təsərrüfatlarında mövsümi xərclər ümumi büdcədə az pay tutsa da, aztəminatlı ailələrdə bu yük xeyli ağır olur.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadi ekspert Emin Qəribli bildirib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə belə, yoxsul ailələrin büdcəsinin 50, 60, 70, hətta 100 faizə qədəri yalnız qida məhsullarına gedə bilir:

“Gəlirlər artdıqca isə gündəlik baza tələbat xərclərinin ümumi büdcədəki nisbəti azalır. Azərbaycandakı ortalama aylıq əməkhaqqı göstəricilərini və mövcud reallıqları nəzərə alsaq, məhz qışa hazırlıq dövründə xərclərin kəskin artması müşahidə olunur. Bu aylarda tək qida və kommunal xərclər ailə gəlirinin 40-50 faizini təşkil edə bilər. pizza

Ölkədə enerji daşıyıcılarının (qaz, işıq) tarifləri sabit qalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi qiymətlərdə 3.7 faizlik artım qeydə alınıb. Bu bahalaşma daha çox qida məhsullarının payına düşür. Rəsmi statistikaya əsasən, aylar üzrə ödənişli xidmətlər də 5.6 faiz bahalaşıb”.

Ekspert qeyd edib ki, digər tərəfdən, Azərbaycanda binalarda mənzillərin fərdi qaydada (kombi sistemləri ilə) qızdırılması da xərcləri artıran əsas amillərdəndir:

“Təxminən 10 il öncə aparılan hesablamalar göstərir ki, mərkəzləşdirilmiş istilik sistemi fərdi sistemlərlə müqayisədə kütləvi şəkildə daha qənaətlidir. İnkişaf etmiş ölkələrdə enerjidən istifadə və istehlak üzrə dəqiq effektivlik normativləri var. Ölkəmizdə isə enerji istehlakının yüksək olması mərkəzləşdirilmiş istilik sisteminin olmaması və ya mövcud olduğu yerlərdə əhalinin fərdi sistemlərə üstünlük verməsi ilə bağlıdır.

Eyni zamanda, Azərbaycanda enerjinin dövlət tərəfindən subsidiyalaşdırılması da qiymətlərin Avropadakı kimi yüksək olmasının qarşısını alır. Əgər qiymətlər bazar tələblərinə uyğunlaşsa, yəqin ki, əhali də avtomatik olaraq daha qənaətli olan mərkəzləşdirilmiş istilik sistemlərinə keçməyə məcbur olacaq”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!