Qlobal oyun nəhəngi Bakıda mərkəz açdı

saytların hazırlanması

Evə çatdırılma

Qlobal oyun nəhəngi Bakıda mərkəz açdı

İqtisadiyyat

28 Sentyabr 2026 10:35 75


Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə baş tutan rəsmi açılış mərasimində nazir Rəşad Nəbiyev və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi iştirak ediblər.

Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın rəqəmsal oyun ekosistemində mühüm mərhələ hesab olunur. Dominos pizza

Hazırda Bakıdakı mərkəzdə 79 əməkdaş çalışır və onların 95 faizini proqram təminatı mütəxəssisləri təşkil edir. Şirkətin dəstəyi ilə 2026-cı il ərzində 1 inkubasiya proqramı və 3 hakaton təşkil edilib, 35 oyun və 15 “gametech” startapı dəstəklənib, həmçinin 14 yerli studiyanın “Gamescom” və “Digital Dragons” kimi aparıcı beynəlxalq tədbirlərdə iştirakı təmin olunaraq ümumilikdə 100 min manata yaxın maliyyə dəstəyi ayrılıb.

Nazir Rəşad Nəbiyev bildirib ki, “Xsolla” ilə tərəfdaşlıq ölkəmizin qlobal oyun sənayesində mövqeyini gücləndirməyə və yerli kadr potensialının artırılmasına xidmət edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!