Allahşükür Paşazadə QMİ-nin simvollarını milliləşdirdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Paşazadə QMİ-nin simvollarını milliləşdirdi - FOTO

Din

17 Fevral 2026 12:42 2255


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni loqosu təsdiqlənib.

“Yeni Sabah” xəbər verir ki, məsələyə idarənin Qazılar Şurasının bu gün keçirilən iclasında baxılıb və səsə qoyularaq qəbul edilib.

Şuradan bildirib ki, dövrün tələbləri və qurumun fəaliyyət istiqamətlərinin müasirləşdirilməsi nəzərə alınmaqla hazırlanmış yeni loqo təşkilatın tarixi-mənəvi irsini və müasir inkişaf xəttini özündə ehtiva edir. Dördpendirli pizza

Köhnə loqodakı ilk dəyişikliklərdən biri günbəzin üstü və ortasında təsvir olunan aypara və səkkizguşəli ulduz, habelə dövlət gerbinin alov rəmzləridir. Həmin təsvir öncəki loqoda yox idi. Əvvəlkində gümbəzin altında ərəbcə “Kəlmeyi şəhadət” ("La ilahə illəllah, Muhəmməd Rəsulullah") yazılmışdısa, yeni loqoda həmin yazılar alovun üzərində təsvir olunub.

Həmçinin yeni loqoda naxışlar çıxarılaraq, əvəzinə ingilis və Azərbaycan dillərində “Qafqaz Müsəlmanları İdarəsi – Azərbaycan” sözləri yazılıb.

Digər bir dəyişiklik isə eskizlərin əvvəlkinə nisbətən nazik xətlərlə təsvir olunmasıdır.

Qeyd edək ki, QMİ-yə şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!