Uzun aradan sonra yenidən Azərbaycana qayıdan müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı danışıb.
Yenisabah.az xəbər verir ki, 43 yaşlı sənətçi bu haqda qonaq olduğu "Zaurla Günaydın" proqramında danışıb.
O, əri, iş adamı Ceyhun İzerdən danışaraq ailəsinə görə sənətini yarımçıq qoyduğunu etiraf edib: pizza hut
"Ceyhunla 20 yaşımız olanda tanış olmuşuq. 2013-cü ildə sevgili olaraq danışmağa başladıq. Altı il sevgili olaraq qaldıq. Sonunda isə mən fədakarlıq etdim. Sənətimin ən pik zamanında ailə qurdum və səhnədən getdim. O zamanlar ard-arda hitlər təqdim edirdim. O da İstanbulda çalışırdı, oradan ayrılmaq istəmirdi.
Hərdən Ceyhuna hirslənirəm, deyirəm ki, bilsəydim səninlə ailə quracağam zamanında qurardıq, artıq uşaqlarımız da böyümüşdü. Qoca vaxtımda ana oldum. 35 yaşında ikinci övladıma ana oldum. Qadın 30 yaşına kimi ana olmaq məsələlərini bitirməlidir”.
Telegram kanalımız