Qubadakı zəlzələdə xəsarət alan olub? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qubadakı zəlzələdə xəsarət alan olub? - Açıqlama

Hadisə

14 Avqust 2026 22:12 54


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən "Yeni Sabah"a verilən məlumata görə, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!