Qulu Məhərrəmli: “Kinomuz ölməyib, amma yaşamır da”

saytların hazırlanması

Evə çatdırılma

Qulu Məhərrəmli: “Kinomuz ölməyib, amma yaşamır da”

Mədəniyyət

12 Sentyabr 2026 10:08 216


“Burada gözlənilməz heç nə baş vermədi… Sadəcə, AKİ-nin konfransında Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi gənclərin çoxunu və bəzi kino adamlarını məyus etdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu əməkdar jurnalist, televiziya tənqidçisi, publisist Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, kinomuz ölməyib, amma yaşamır:

“Dəyərli yazıçı-ssenarist Eldəniz Quliyev bununla bağlı Facebook statusunda yazıb ki, “Azərbaycan milli kinosu rəhmətə getdi”. Onu dəstəkləyənlər, fikrinə şərik olanlar çoxdur, amma bu mövqeyə etiraz edənlər, razılaşmayanlar da var. Mən şəxsən bu fikirdəyəm ki, kinomuz ölməyib, amma yaşamır da… Yaşamağına ümid də azdır. Marqarita pizza

Konfransda sədr seçkisinə gəldikdə isə, bir iştirakçı kimi deyim ki, insafən, babat hazırlaşmışdılar, ön ssenari və ayrılmış rollar dəqiq oynanılırdı. Ən dramatik məqam rejissor Vaqif Azəriyarın sədrliyə alternativ namizəd təklifini irəli sürməsi və ona ağrılı reaksiyaların verilməsi oldu. Bir gün əvvəl Xalq artisti, professor Həmidə Ömərovanın da namizəd kimi göstərilməsi və onun üçün imza toplanması, görünür ki, müəyyən həyəcan yaratmışdı. Ona görə də V. Azəriyarın sözü ağzında qaldı. Amma nahaq yerə… Məncə, alternativ namizəd olsaydı belə, yenə də Şəfiqə xanım seçiləcəkdi… Səbəbini hərə istədiyi kimi yoza bilər”.

Q. Məhərrəmli bildirib ki, bu seçki heç nəyi dəyişməyəcək:

“Bunu dəqiq demək olar ki, bütün hallarda bu seçki heç nəyi dəyişməyəcək, çünki mübarizə kino uğrunda, onu dirçəldib bu sahəyə yeni nəfəs vermək uğrunda deyil, vəzifə uğrundadır. Digər tərəfdən, mən yeniliyi təmsil edən Əlisa Cabbarovun nəsə edəcəyinə ümid bağlayardım, amma 10-15 il əvvəl “Kino Mərkəzi və Kino Akademiyası” yaratmaq üçün o dövrdə məmurlarla döyüşən kino nəhəngi, Oskar mükafatçısı Rüstəm İbrahimbəyova arxa çevirənlərə heç inanmıram…

Həqiqətən, bu kino və burada ayrılan rolu oynamaq çox qəliz məsələdir…”.

Qeyd edək ki, 11 sentyabrda keçirilən konfransda Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!