Quru sərhədlər açıla bilər – Mühüm şərt

saytların hazırlanması

Evə çatdırılma

Quru sərhədlər açıla bilər – Mühüm şərt

Siyasət

23 Dekabr 2025 11:34 11116


Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması yenidən quru sərhədlərlə bağlı məsələni gündəmə gətirib. Əksəriyyət sərhədlərin bayram ərəfəsində və ya 2026-cı ilin əvvəlində açılacağını gözləsə də, rəsmi qərar fərqli oldu.

Bəs müddət niyə uzadılır? 1 aprelədək və ya ondan sonrakı dövrdə quru sərhədlərin açılması mümkündürmü?

“Yeni Sabah” bildirir ki, Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, quru sərhədlərin bağlı qalmasının ciddi səbəbləri var:

“Bunlar hamıya məlumdur və əsasən təhlükəsizlik məsələləri ilə bağlıdır. Eyni zamanda, müəyyən infeksion xəstəliklərin yayılması riski də nəzərə alınır. Digər tərəfdən, quru sərhədlərin bağlı qalması dövlətlər arasında gediş-gəlişi çətinləşdirir. Bu, xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar üçün bəzi çətinliklər yaradır. Eyni vəziyyət Rusiya ilə sərhədlərə də aiddir. Türkiyə və İranla əlaqəli də müəyyən narazılıqlar mövcuddur. Lakin çətinliklərə baxmayaraq, əsas prioritet dövlətin və millətin təhlükəsizliyinin təmin olunmasıdır”.

Deputat bildirib ki, quru sərhədlərin qapalı qalması dövlət əhəmiyyətli məsələlərdən qaynaqlanır:

“Təhlükəsizlik amili həmişə birinci planda saxlanılmalıdır. Düşünürəm ki, şərait imkan verdiyi anda dövlət müvafiq qərar qəbul edəcək və quru sərhədlərin açılması təmin olunacaq. Hazırda isə bu addım məqsədəuyğun hesab edilmir”.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Amin
    Quru sərhəddin təhlükəsizliklə heç bir əlaqəsi yoxdu tez tez belə açıqlamalarla insanları qıcıqlandırmayın.Sərhəddin bağlı olması əsl terrordu hər dəfə müddət uzandıqca insanlar infakt keçirir.1990-2000-ci illər arasında daha çətin vaxtlarda quru sərhədlərimiz açıq idi.Bunun heç bir açıqlaması yoxdur.Olan kasıb xalqa olur.Belə məsləhət verənlərin təyyarə bileti almağa imkanı çatır.
    4 months ago
  • VefaElcan
    Ondada sərhədlər açılması vaxtı birşeydə cixacaq
    4 months ago