Beş bankın kredit həcmində kəskin eniş

saytların hazırlanması

Evə çatdırılma

Beş bankın kredit həcmində kəskin eniş

İqtisadiyyat

10 Avqust 2026 11:30 95


2026-cı ilin 2-ci rübünün sonunda bəzi bankların müştərilərə verdiyi kreditlərin həcmində azalma qeydə alınıb.

“Yeni Sabah” bankların maliyyə hesabatlarına əsasən xəbər verir ki, 30 iyun 2026-cı il tarixinə olan göstəricilərin 2025-ci ilin sonu ilə müqayisəsi zamanı 5 bankın kredit portfelinin azaldığı məlum olub.

Rabitəbankın  müştərilərə verdiyi kreditlərin həcmi 904,011 milyon manatdan 365,488 milyon manata düşüb. Beləliklə, kredit portfeli 538,524 milyon manat və ya 59,6% azalıb. pizza sifarişi

Unibankda müştərilərə verilmiş kreditlər 238,050 milyon manatdan 134,525 milyon manata enib. Azalma 103,525 milyon manat və ya 43,5% təşkil edib.

Xalq Bankda kreditlərin həcmi 1 milyard 847,435 milyon manatdan 1 milyard 776,756 milyon manata geriləyib. Bu, 70,680 milyon manat və ya 3,8% azalma deməkdir.

Turanbankda müştərilərə verilmiş kreditlər 706,053 milyon manatdan 699,539 milyon manata düşüb. Azalma 6,514 milyon manat və ya 0,9% təşkil edib.

Yelo Bankda isə kredit portfeli 1 milyard 111,680 milyon manatdan 1 milyard 107,292 milyon manata enib. Bank üzrə azalma 4,388 milyon manat və ya 0,4% olub.

Beləliklə, təqdim olunan göstəricilərə əsasən, 2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin 2-ci rübündə ən kəskin azalma Rabitəbank və Unibankda qeydə alınıb.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!