Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Ramil Səfərov barəsindəki iddialara  CAVAB
04 Dek 2021 16:12
4278

Ramil Səfərov barəsindəki iddialara CAVAB

Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı müxtəlif şayiələr yayılıb.

İddia olunurdu ki, guya, Ramil Səfərov 6 aydır ölkədə yoxdur və ermənilər onu xarici ölkələrdən birində tutub aparıblar...

Yenisabah.az xəbər verir ki, tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bir qədər öncə şayiələrə nöqtə qoyub:

“Ramil Səfərov zəng elədi, danışdıq. Ölkədədir, səhhəti normaldır, hər şey qaydasındadır. Şükür Allaha!”, - deyə jurnalist vurğulayıb.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib.

2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Məktəbə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib.

2004-cü ilin yanvar ayında NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Həmin il fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya edilib. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə əfv edilib. 

O, hazırda polkovnik-leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətini davam etdirir./Modern.az


Youtube kanalımız
  • RAHİM
    RAHİM
    ALLAH ŞAİYYƏ YAYANLARA İNSAF VERSİN. HƏMİŞƏ HƏQİQƏTİ YAZSINLAR. XEYİRXƏBƏR OLSUNLAR.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər