“Ramiz Mehdiyevi başa salmaq istəyirlər ki, öz işinlə məğul ol”
08 İyl 2020 12:24
705

“Ramiz Mehdiyevi başa salmaq istəyirlər ki, öz işinlə məğul ol”

“Ramiz Mehdiyevə təşəkkür! Dünənki açıqlamasında o, iki vacib suala aydınlıq gətirib.

Mətbuatda barəsində yazilanları təkzib etməyə çalışdığı mətnin sonunda deyir. “…dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”. Əslində, problemin, bütün süalların mənbəyini və cababını bu cümlədə axtarmaq lazımdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu keçmiş deputat Alqış Musayev deyib. O, “Bir adam bütün sahələr üzrə Prezidentə neçə kömək edə bilər?” deyə sual edib və fikrini belə davam etdirib:

“Bəlli olur ki, zamanında Ramiz Mehdiyev Adminstrasiyanın rəhbəri kimi bütün sahələrə “yaradıçı” müdaxilə edə bilib.

Nəticə isə göz qabağndadır: idarəçiliyin bütün sahələrində problemlər xirtdəyə qədərdir…

Ramiz Mehdiyev “son vaxtlar onu niyə tənqid edirlər? "sualını da cavabsız qoymayıb.

Görünüən budur ki, o, yenə də özünü həmişəki kimi bütün sahələr üzrə yeganə mütəxəssis hesab edir. Və “kömək” etməyə hazır olduğunu açıq mətnlə dilə gətirir.

Onu başa salmaq istəyirlər ki, sən artıq bütün sahələr üzrə əvəzedilməz köməkçi deyilsən, indi öz işinlə məğul ol.

Və o, məhz öz işi ilə məşğul olmadığından tənqid hədəfinə çevrilir… Bu qədər sadə!..

Amma mən Ramız Mehdiyevi çox yaxşı başa düşürəm. Axı heç vaxt onun öz işi olmayıb”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər