Ramiz Mehdiyevin qızından ölkədən çıxışa qadağa ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin qızından ölkədən çıxışa qadağa ilə bağlı AÇIQLAMA

Siyasət

20 Oktyabr 2025 12:10 33033


Xəbər verdiyimiz kimi, Prezident Aministrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin və bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Məlumata görə, onun həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Timur Mehdiyev və qızı Kamilə Əliyeva ölkədən kənara çıxa bilmirlər. Bundan başqa, sabiq administrasiya rəhbərinin kürəkəni, keçmiş deputat İlham Əliyev barəsində də oxşar qərar verilib.

“Yeni Sabah” məlumatı dəqiqləşdirmək üçün R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. Dominos pizza

O, zəngə cavab versə də sualları cavablandırmaqdan imtina edib.

“Mən bu barədə heç nə danışmaq istəmirəm”, - R.Mehdiyevin qızı bildirib.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • AFƏT
    Ramiz Mehdiyevle baqli her kelmeye inaniram, o Emanistana 30 il igidlerimizi yedirtdi, her cinayetin cavabini sulalesi ila birga cavab vermelidir ve her eli bulaşan kes onunla birge cavab vermelidirrr.
    7 months ago
  • Vazeh
    Azərbaycanda bir dənə də olsun müstəqil media yoxdur, hamısı bir əldədir. Belə şəraitdə bir çatının altında birləşmiş mətbuat elə böyük qüvvədir ki, bir həftənin içərisində ən təmiz adamı xalqın gözündə ən iyrənc insana, əksinə ən iyrənc və cinayətkar birini ən təmiz və məsuma çevirə bilər. Söz yox mənim bir vətəndaş kimi R.Mehdiyevdən heç vaxt xoşum gəlməyib və hesab edirəm ki, öz qurduğu yırtıcı sistem bu dəfə də ona qarşı yırtıcılıq edir. Olsun. Lakin bu məsələyə nə qədər ki, ortaya real sübutlar qoyulmayıb, mən və başqaları nə üçün inanmalıyıq? Hər kəs öz fərziyyələrini irəli sürür. Belə olmaz.
    7 months ago
  • Vazeh
    Filankəs 1 şüşə qabda fırtına qoparmış, sonra isə məharətlə onu yatırmışdır. Sizinki məhz budur. Mən sizə inanmıram, sübut edin. Rəsmi qurumlar (din, prokurorluq, dtx) həmişəki kimi açıqlama versin inanım. Barəsində məhkəmənin seçdiyi ehtimal olunan qəti-imkan tədbiri haqqında dərc edin. Bizi axmaq yerinə qoya bilməzsiniz. APA dərc edir siz çoxlu əlavələr etməklə şou yaradırsınız. Çoxlu insan buna inanmır. Sübut istəyirik, sübut.
    7 months ago