Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevlə bağlı TƏBİB-dən açıqlama

Sosial

16 Oktyabr 2025 12:40 14496


Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsində səhhətinin pisləşdiyi, bu səbəbdən onun üçün həkim briqadası çağırılmasına dair xəbərlər yayılıb.

TƏBİB-dən Ramiz Mehdiyevlə bağlı Təcili Tibbi Yardıma hər hansı çağırış daxil olmadığı bildirilib. 

Qeyd edək ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. 87 yaşlı akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunur. (teleqraf.az)  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!