Ramzan Kadırovun səhhətində ciddi problem var?

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırovun səhhətində ciddi problem var?

Dünya

03 Mart 2023 23:58 970


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son bir neçə ayda o, çox kökəlib və videoda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. pizza sifarişi

Nəşr bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burjil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim əş-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib.

Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib. Kadırovun bəzən enerjili və çevik görünməsi stimullaşdırıcı vasitələrdən istifadə etməklə bağlıdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!