Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt hazır olacaq? - Xalq rəssamı: “Həm ailəsi, həm də mən...”

saytların hazırlanması

Evə çatdırılma

Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt hazır olacaq? - Xalq rəssamı: “Həm ailəsi, həm də mən...”

Mədəniyyət

17 Avqust 2026 16:17 55


Martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsi hazırlanır.

“Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi üzərində işlər gedir. Layihə təsdiqini tapdıqdan sonra işə başlayacağıq. Hazırda eskizlərini çəkirik”.

Bunu “Yeni Sabah”a heykəltəraş, Xalq rəssamı Natiq Əliyev deyib. Pepperoni pizza

Onun sözlərinə görə, abidənin hazırlanması ilə bağlı təklif Rasim Balayevin ailə üzvlərindən gəlib:

“Hələlik yekun qərara gələ bilməmişik. Müxtəlif variantlar üzərində işləyirik. Həm ailəsi, həm də mən təkliflərimizi irəli sürürük. Yavaş-yavaş ortaq məxrəcə gələcəyik. İnşallah, ilinə qədər hazırlanacaq. Çünki buna məcburuq”.

Xatırlatma: Natiq Əliyev Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur. O, Əliağa Vahid, dünyanın bir neçə ölkəsində Heydər Əliyev və Xocalı soyqırımı abidələri, habelə Bəxtiyar Vahabzadə, memar Zivər bəy Əhmədbəyov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Amaliya Pənahova, Xalq yazıçısı Elçin və bir çox tanınmış şəxslərin qəbirüstü abidələrinin və memorial lövhələrinin müəllifidir.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!