Rayon sakinləri icra başçısını topa tutdu: “Nə kömək göstərdi, nə də...”

saytların hazırlanması

Evə çatdırılma

Rayon sakinləri icra başçısını topa tutdu: “Nə kömək göstərdi, nə də...”

Xalqın səsi

18 Sentyabr 2026 15:24 8879


"Bizim Salyan" “Facebook” səhifəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun fəaliyyəti ilə bağlı keçirilən sorğu sakinlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.

“Yeni Sabah” xəbər verir ki,  Sorğunun rəy bölməsində yerli sakinlər rayonun infrastruktur problemlərindən, xüsusilə də bərbad yol şəraitindən şikayətləniblər.

İstifadəçilər Mərkəzi yolların və Stansiya qəsəbəsi istiqamətinin keçilməz olduğunu, rayonun baxımsız qaldığını bildiriblər. Sakinlər yaş həddinə görə daha gənc və dinamik kadrların təyin olunmasının vacibliyini vurğulayıblar. Bakıda online alış-veriş

Daha bir ciddi narazılıq vətəndaş qəbulu və sosial problemlərin həlli ilə bağlıdır. I qrup göz əlili olan sakin icra başçısının qəbulunda olduğunu, lakin ona heç bir köməklik göstərilmədiyini iddia edib.

Şikayətçi icra başçısının vətəndaşlarla olduqca aqressiv tonda danışdığını və problemlərin həllini yalnız Məşğulluq Fondunun üzərinə ataraq aylarla nəticəsiz saxladığını qeyd edib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • ÜLVİYYƏ
    Bilmirəm Əliağa müəllim sağdır ya yox@ sağdırsa ALLAH ona sağlam uzun ömür VERSİN; bu dünyada deyilsə ALLAH ona RƏHMƏT ELƏSİN. O yaxşı başçı olub; Salyan xalqı onu yaxşı xatirələrlə yad edir
    2 months ago