Rektor nazirin qərarını şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Rektor nazirin qərarını şərh etdi

Sosial

10 Aprel 2024 23:11 981


Xəbər verdiyimiz kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində hərbi hissələrdə konsertlər keçirilib, şəhidlərin məzarları ziyarət olunub, şəhid ailələrinə bayram sovqatları təqdim edilib. 

Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov, Müdafiə Nazirliyinin bu addımını gənclər arasında milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm addım kimi dəyərləndirib:

“Müdafiə Nazirliyinin hərbi hissələrdə milli-mənəvi dəyərlərin təbliği baxımından təşkil etdiyi tədbirlərin çox böyük əhəmiyyəti var. Vətən müharibəsi göstərdi ki, hərbçilərimiz milli-mənəvi dəyərlərə nə qədər bağlıdır. Əsgər və zabitlərimizin milli-mənəvi dəyərlərə bağlılığı onların  vətənə sevgisini və bağlılığını daha da möhkəmləndirir . Hərbçilərimizin ruh yüksəkliyi, milli-mənəvi dəyərlərə bağlılığı böyük zəfərin əldə edilməsində mühüm rol oynadı. Toyuqlu pizza

Müasir dünyamızda, dəyərlərin deqradasiyaya uğradığı, bir zamanda gənclərimiz arasında milli-mənəvi dəyərlərin təbliğ etməsi böyük önəm kəsb edir. Məlumat əldə etməyin asanlaşdığı və bunun sayəsində məlumat bolluğu və kirliliyinin artdığı günümüz dünyasında gəncliyin “dəyərlər bombardmanına” məruz qaldığını söyləmək mümkündür. Qloballaşma ilə birlikdə artıq iqtisadi və siyasi baxımdan dünyaya hakim olan mədəniyyətlərin öz dəyərlər sistemini bütün xalqlara təlqin etdiyi müşahidə olunur. Məhz bu baxımdan xalqımızın tarixən daşıdığı, cəmiyyətin birliyinə, bütünlüyünə xidmət edən  milli və dini dəyərlərin gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Bu dəyərlərin təbliği gəncliyimizi və ümumilikdə cəmiyyətimizi dəyişən dünyada dəyişməyən prinsiplərlə təmin edəcək və beləcə onların “qlobal dəyərlər” kimi təqdim edilən, əslində isə başqa mədəniyyətlərin bir hissəsi olan dəyərlər tərəfindən  əridilməsinə imkan verməyəcəkdir. Bu baxımdan, Müdafiə Nazirliyinin məlum addımı təqdirəlayiqdir.

Ordumuz dünya orduları içində milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Bu isə Azərbaycan xalqının tarixi keçmişindən irəli gəlir. Xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə bağlı olub. Bu dəyərlər bizim milli kimliyimizin əsas ünsürüdür. Onları qorumaq, gənc nəslə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!