Müğənni Rəqsanə İsmayılova vəfat edən atası ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında atasının fotosunu paylaşaraq hisslərini bölüşüb:
“Mən sənin qayğına hələ uşaq ikən möhtac idim, ata. Sən isə mənə ən çox lazım olduğun vaxtlarda yox idin. Mən böyüdüm, amma içimdə həmişə sənin sevgini gözləyən o balaca qız qaldı. Dördpendirli pizza
İndi sən yoxsan. Nə səni gözləmək olur, nə də içimdə qalanları sənə demək...
Bəlkə də mən sənin üçün heç vaxt tam bir qız ola bilmədim, amma sən mənim üçün həmişə ata olaraq qalacaqsan.
Mən sənin yoxluğuna yox, heç vaxt yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram.
Allah rəhmət eləsin, ata”.
Qeyd edək ki, Rəqsanə İsmayılova illər əvvəl atasını 3 yaşından etibarən görmədiyini açıqlamışdı.
Aydan Hacı
Telegram kanalımız