Rəqsanəni hansı cəza gözləyir? - Detallar

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanəni hansı cəza gözləyir? - Detallar

Şou

16 Avqust 2025 20:56 1059


Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Marqarita pizza

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Hazırda iş üzrə ibtidai istintaqı polis aparır. Rəqsanə barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!