Rəqsanənin səhhəti haqda AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin səhhəti haqda AÇIQLAMA

Şou

28 Avqust 2025 15:46 42930


Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək.

Bu haqda Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlama verib.

O, onkoloji xəstəlikdən əziyyət çəkən müğənninin səhhətinin qənaətbəxş olduğunu bildirib: Toyuqlu pizza

“Ev dustaqlığına buraxılması üçün hələ müraciət etməmişik. Amma müraciət edəcəyik. Həbsdə xəstə olan bir xanım üçün yaxşıdır demək düzgün deyil. Səhhəti qənaətbəxşdir. İşin gedişatına uyğun mediaya açıqlama verəcəyik”.

Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Bu gün isə müğənninin əri Fazil Əmiraslanovun ifadəsi alınıb.

Polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aləmşah Bəgim
    Tanrım kömək olsun. Peşiman qoymasın.
    8 months ago