“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır".
Yenisabah.az Referans-a istinadla xəbər verir ki, bunu meyxanaçının qohumu, jurnalist Könül Aypara deyib.
Könül xanım Rəşad Dağlının səhhətinin normal olduğunu bildirib: Dominos pizza
“Düzdür, azadlıqdan məhrum edilən hər bir məhkum kimi onun da vəziyyəti az-çox hər kəsə məlumdur. Amma çox şükür, səhhətində ciddi problem və ya xəstəlik yoxdur. İstintaq prossesinin gedişinə gəlincə isə, bu tam qapalı aparılır. Əlbəttə, bütün cinayət törətmiş şəxslər kimi, Rəşad da bunun cəzasını çəkəcək. İlkin olaraq haqqında 4 ay həbs qəti imkan tədbiri seçilmişdi, artıq onun 2 ayı geridə qalıb”.
Hüquqşünas Cavanşir Seyidov bildirib ki, hazırki vəziyyətdə istintaq prosesinin daha da uzancağını düşünür.
“Bir hüquqşünas kimi deyə bilərəm ki, Rəşad Dağlı cinayətinin istintaq prosesi uzana bilər. Baş verən hadisə ağır cinayət olduğu üçün istintaq prossesi 4 aydan daha uzun müddət davam edə bilər, yəni proses uzana bilər”.
C. Seyidov meyxanaçının may ayında baş tutacaq “qızıl amnistiya”ya düşmə ehtimalı ilə bağlı isə bunun real olmadığını deyib:
“Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır. Lakin Rəşad bəyin prossesində bu real görünmür, yəqin ki, istintaq müddəti uzanacaq. Onun may ayında baş tutacaq amnistiyaya düşməsini ehtimal etmirəm".
Telegram kanalımız