Rəsulzadə parlament seçkilərinə qatılır? 

saytların hazırlanması

Evə çatdırılma

Rəsulzadə parlament seçkilərinə qatılır? 

Siyasət

03 İyul 2024 11:10 486


Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana seçkilər keçiriləcək. 

Qarşıdakı parlament seçkilərinə əvvəlki illərlə müqayisədə cəmiyyətdə daha böyük maraq var. Yeni formalaşacaq Milli Məclisdən gözləntilər çoxdur. Nəzərə alsaq ki, yeni parlament həm də Zəfər Tariximizdən sonra ilk də dəfə formalaşcaq, o zaman gözləntilərin olması təbiidir və həm də bu, zərurətdən irəli gəlir. 

Modern.az-ın əməkdaşı Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayaraq, ondan seçkilərdə iştirak edib-etməyəcəyi haqda soruşub.  Sezar pizza

Saytımıza açıqlamasında Rais Rəsulzadə bildirib ki, bu barədə hələ fikirləşməyib. 

"Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində namizədliyimi irəli sürməklə bağlı hələ heç nə fikirləşməmişəm. Ona görə bu barədə dəqiq bir şey deyə bilmərəm", - o bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!