Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Revanşistlərə qurtuluş yoxdur -  Paşinyan onların “kitablarını bağlayır”
04 May 2021 14:23
1122

Revanşistlərə qurtuluş yoxdur - Paşinyan onların “kitablarını bağlayır”

“Ermənistanda seçkiqabağı kompaniya - daha doğrusu bir neçə gün bundan əvvələ qədər Baş nazir, indi isə Baş nazirin “vəzifələrini həyata keçirən” Nikol Paşinyan və onun nəzarəti altındakı müxalif qüvvələrin qurduğu seçki şousu davam edir. Bu səhnə çərçivəsində 3 mayda Ermənistan parlamentində formal olaraq yeni Baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd Baş nazir vəzifələrini həyata keçirən Nikol Paşinyanın tələb olunan miqdarda səs toplaya bilməməsi ilə əlaqədar razılığa gəlmişdilər. İndiki mərhələdə yeni Baş nazirin seçilməsi ssenariyə daxil edilməyib. Onların qurduğu plana görə, Paşinyan məhz növbədənkənar parlament seçkilərində səs çoxluğu ilə qalib gələrək Baş nazir seçilməlidir. Buna görə də Paşinyan indiki mərhələdə parlament kürsüsünü özünü təbliğ etmək və müxalifəti gözdən salmaq üçün istifadə edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə müxalif qüvvələr içindən Paşinyana qarşı çıxarıla biləcək potensial namizəd hələlik gözə dəymir:

“Nikol Paşiniyanın Baş nazir postundan könüllü istefasından və “ Baş nazir vəzifəsini icra edən” ləqəbini götürməsindən sonra parlament iki dəfə yeni Baş naziri seçməyə cəhd etməli və seçə bilməməlidir. Bundan sonra konstitusiyaya uyğun olaraq ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır. Amma Ermənistanda bu dəfə də vəziyyət “ermənisayaq” alındı. Əvvəl növbədənkənar parlament seçkilərinin vaxtı müəyyən olundu, sonra Baş nazir “ istefa” verdi , indi isə onu “seçməməyə” çalışırlar. Hazırda Erməni parlamentarilər məhz bu “oyunla” məşğuldurlar. Teatr Ermənistan konstitusiyasının tələblərinə uyğun deyil, Paşinyan və tərəfdarlarının qurduğu ssenari çərçivəsində aparılır. Bu ssenariyə əsasən may ayının 10-u üçün nəzərdə tutulan parlament iclasında da yeni Baş nazir seçkisi “nəticəsiz” olacaq. Bu vəziyyət Paşinyanın Ermənistan konstitusiyasına etdiyi “əlüstü” düzəlişlər nəticəsində mümkün olub. Son “səhnə” zamanı 75 deputat “ bitərəf” qalıb, 3 nəfər yeni Baş nazirin seçilməsinin əleyhinə, bir nəfər lehinə səs verib. Səs vermədə iştirak edən deputatların hamısı birmənalı olaraq hakimiyyətdə olan “Mənim addımım” blokuna daxildir. “Çiçəklənən Ermənistan” partiyası iclasda iştirak etməkdən imtina edib, “Ziyalı Ermənistan” partiyası isə səs verməyib. Müxalif partiyalar daxilində fraksiyalardan birinin namizəd çıxaracağı haqqında danışıqlar getsə də, mayın 3-də keçirilən iclasda bu baş verməyib. Bununla onlar Paşinyanın planına mane ola bilməsələr də heç olmasa diqqəti özlərinə çəkmək istəyiblər. Amma Nikol Paşinyan elə iclasın başlanğıcında bu fikirdə olanlara ciddi xəbərdarlıq edib ki, əgər formal olsa belə, ondan başqa namizəd ortaya çıxarsa “Mənim addımım” fraksiyasının öz namizədini - yəni onu Baş nazir seçməsi qaçılmazdır”.

Politoloq deyib ki, iyun ayının 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin “taleyi” Nikol Paşinyan və onun tərəfdarlarının əlindədir:

“Eyni zamanda, onlar bu seçkiyə qədər də Nikolu yenidən Baş nazir seçə bilərdilər. Elə isə növbədənkənar seçki “şousunu” səhnələşdirməkdə məqsəd nədir? Növbədənkənar seçkinin keçirilməsi haqqında qərarın qəbul edilməsinin səbələri müxtəlifdir. Onlar haqqında uzun-uzadı danışmaq olar. Təfəvvürata varmadan bu çoxgedişli kombinasiyanın bir səbəbini açıqlayaq. Paşinyan seçkinin keçiriləcəyi günə qədər qalan müddətdə parlament kürsüsündən özünü təbliğ etmək və ona qarşı dayanan qüvvələri gözdən salmaq üçün istifadə edəcək. Mayın 3-də olan iclas zamanı biz bunun bir daha şahidi olduq. Paşinyanın əzəli və əbədi düşmənləri olan Qarabağ klanı və bu klanın ən öndə gedən nümayəndələri hesab olunan keçmiş prezidentlər Robert Koçaryana, Serj Sarqsyana qurtuluş yoxdur. Onların bu seçki zamanı kitablarının tam bağlanması üçün çox ciddi işlər gedir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər