Rey Kərimoğlu xəstəxanadan evə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Rey Kərimoğlu xəstəxanadan evə buraxıldı

Sosial

28 Fevral 2024 01:26 555


Fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu həmin xəstəxanadan çıxıb. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Rey Kərimoğlu məlumat verib.

“Ayın 22-dən etibarən Xətai Tibb Mərkəzində müalicə alıram. Vəziyyətim ağır idi. Həkimlərin səyi nəticəsində təzyiqi normala qaytarmaq mümkün olub. İndi o xəstəxanadan çıxdım. Çox güman ki yaxın günlərdə ya xəstəxanaların, ya da bərpa mərkəzlərinin birində müalicəmi davam etdirəcəm. Hələlik ev şəraitində müalicə alıram”, - deyə Rey Kərimoğlu bildirib. pizza sifarişi

Qeyd edək ki, onun vəziyyəti hələ də ağır stabil qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!