Rezidenturaya qeydiyyat başladı

saytların hazırlanması

Evə çatdırılma

Rezidenturaya qeydiyyat başladı

Sosial

21 Sentyabr 2022 12:24 771


Bu gündən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya boş qalan plan yerlərinə əlavə yerləşdirmə zamanı qəbul olanların qeydiyyat prosesinə başlanıb.

Yenisabah.az xəbər verir ki, qəbul olan namizədlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyat prosesi 26 sentyabr saat 23:59-da yekunlaşacaq. Dördpendirli pizza

Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!