Robert Köçəryanın oğlu ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Robert Köçəryanın oğlu ilə bağlı qərar verildi

Dünya

26 Avqust 2026 09:32 237


Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki ay müddətinə həbs edilib.

“Yeni Sabah” erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə qərarı Ermənistan Antikorrupsiya Məhkəməsinin hakimi Vardges Stepanyan qəbul edib.

Məhkəmə Sedrak Köçəryanın həbsdə saxlanılması ilə bağlı istintaqın vəsatətini tam təmin edib. Onun həyat yoldaşı və uşaqları istisna olmaqla, digər şəxslərlə görüşmək hüququ da məhdudlaşdırılıb. Sezar pizza

Sedrak Köçəryanın vəkili Aleksandr Koçubayev jurnalistlərə açıqlamasında müdafiə etdiyi şəxsin təqib olunduğunu bildirib.

“Burada hüquqdan kənar təqib, siyasi kontekstə malik təqib ilə üz-üzəyik”, – vəkil deyib.

Qeyd edək ki, avqustun 25-də Ermənistanın ikinci prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılıb. Bundan əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və daha 9 nəfər barəsində ictimai cinayət təqibinə başlanıldığını açıqlayıb.

Təqib olunan şəxslər arasında Sedrak Köçəryanla yanaşı, Ermənistanın sabiq müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın sabiq meri Qagik Beqlyaryan, “Local Developers” şirkətinin iştirakçısı Samvel Mayrapetyan, “Ayghedzor” şirkətinə rəhbərlik etmiş Aramais Vorskanyan, onun həyat yoldaşı və iki qızı da var.

Ermənistanın Antikorrupsiya Komitəsi cinayət işinin xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma ittihamları ilə bağlı açıldığını bildirib.

Sedrak Köçəryanın konkret olaraq bu iş çərçivəsində ittiham olunduğu maddələr arasında xüsusilə külli miqdarda pul yuma, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət almağa kömək etmə yer alır.

İş üzrə daha 5 şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərin də Ermənistan Antikorrupsiya Məhkəməsinə təqdim edildiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!