Vatikanda Ukrayna Prezidenti Volodimir Zelenski və Roma Papası Fransisk arasında görüş keçirilib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, görüş 40 dəqiqə davam edib.
Papa Ukrayna dövlət başçısına sülh simvolu olan zeytun budağı şəklində kiçik heykəlcik təqdim edib. Bunun müqabilində Zelenski Fransiskə gülləkeçirməz jilet qalıqları üzərində çəkilmiş dini təsviri hədiyyə edib. pizza
Zelenskinin Vatikana səfəri genişmiqyaslı müharibənin 444-cü gününə təsadüf edib.
Telegram kanalımız