Kriştianu Ronaldo Millətlər Liqasının 3-cü turunda Danimarka ilə matçdan (4:2) əvvəl komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə cəzalandırıla bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “A Bola” Portuqaliya Futbol Federasiyasının (FPF) nizamnaməsinə istinadən məlumat yayıb.
Milliyə rəsmi dəvət alan futbolçu düşərgəni icazəsiz tərk edərsə və ya üzrlü səbəb olmadan məşqə, oyuna və digər milli komanda tədbirinə qatılmazsa, intizam cəzası ilə üzləşməlidir. Sezar pizza
Belə hallarda futbolçunun yarışlarda iştirakına 1 aydan 6 aya qədər qadağa qoyulması nəzərdə tutulur.
Telegram kanalımız