Ronaldo evlənir?

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo evlənir?

İdman

31 İyul 2026 22:56 92


Dünyaşöhrətli futbolçu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu Portuqaliyada evlənəcəyi ilə bağlı iddialar gündəmə gəlib.

''Yeni Sabah'' xarici KİV-ə istinadən xəbər verir ki, səkkiz ildir, birlikdə olan cütlüyün Portuqaliyada nikah masasına əyləşəcəyi bildirilib.

Məlumata görə, toy mərasimi Sintra şəhərində yerləşən Quinta da Regaleira malikanəsində keçirilə bilər. pizza mizza

Digər tərəfdən, həmin məkan həftəsonu ziyarətçilər üçün açıq görünür. Bu isə həmin iddiaları təkzib edir. Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl Corcina Rodrigez ilə evlənmək niyyətində olduğunu açıqlamışdı.

Portuqaliyalı futbolçu müsahibələrinin birində nişanlısı haqqında bu sözləri demişdi:

“Onunla evlənəcəyəm, çünki doğru zamanın gəldiyinə inanıram. Təkcə uşaqlarımın anası olduğu üçün deyil, həyatda ən çox sevdiyim insan olduğu üçün”. (qafqazinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!