Kriştianu Ronaldo baş məşqçi Jorje Jezuş sükan arxasında olduğu müddətdə Portuqaliya milli komandasına dönməyəcəyini bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, bu qəti addıma təcrübəli mütəxəssisin UEFA Millətlər Liqasının IV turunda Norveçlə matçdan (2:1) sonra mətbuat konfransında səsləndirdiyi bəyanat səbəb olub.
Tərəflər arasındakı ziddiyyət elə Norveçlə qarşılaşma zamanı pik həddə çatıb. Bütün oyunu ehtiyat skamyada əyləşərək izləyən Ronaldu baş məşqçinin qərarına kəskin etirazını bildirib, hətta bundan əvvəl Danimarka ilə III tur matçından (4:2) öncə hazırlıqlara qatılmayaraq yığmanın düşərgəsini nümayişkaranə şəkildə tərk edib. Sezar pizza
Jezuşun Norveç matçından sonra Ronaldodan üzr istəməli bir məqam görmədiyini vurğulaması isə 41 yaşlı hücumçunun milli komanda karyerasını Jezuşun dövründə rəsmən dondurması ilə nəticələnib.
Nazim Hacıyev
Telegram kanalımız