Röya və Balaəli – Gözlənilən əməkdaşlıq baş tutdu   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Röya və Balaəli – Gözlənilən əməkdaşlıq baş tutdu + VİDEO

Şou

13 İyun 2025 10:14 937


Tanınmış meyxanaçı Balaəli ötən il verdiyi bir açıqlamada Xalq artisti Röya Ayxanla duet oxumaq arzusunda olduğunu bildirmişdi. 

Yenisabah.az xəbər verir ki, aradan keçən zaman ərzində hələ duet reallaşmasa da, bu arzunun ilk addımı artıq atılıb. Belə ki, Xalq artisti Röya Ayxan Balaəlinin söz və musiqisi ona məxsus olan “Qürur” adlı yeni mahnını ifa edərək ictimaiyyətə təqdim edib. Müasir pop janrında ərsəyə gələn bu bəstə Röya tərəfindən səhnəyə gətirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Balaəli isə bu hadisəni şəxsi sosial media hesabında belə şərh edib:
“Əziz izləyicilər, hamınızı xoş gördük! Təşəkkür edirik hamınıza. Bu gözəl mahnımıza görə, xüsusən Röya xanıma təşəkkürlər". 

 Duet arzusu hələ gerçəkləşməsə də, bu əməkdaşlıq iki sənətçi arasında gələcək birgə layihələrin anonsu kimi dəyərləndirilir. pizza hut

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!