Röya Ayxan tez-tez açıq-saçıq geyimlərinə görə tənqid hədəfinə çevrilən həmkarı Xalq artisti Tünzalə Ağayevadan söz açıb.
Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, o, Tünzalənin əyninə geyindiyi açıq-saçıq geyimlərin onun bədən ölçüləri üçün olmadığını bildirib:
"Eybi yoxdur, qoy, Tünzaləni tənqid etsinlər, o da yaşadıqlarımızı yaşasın (gülür). Bəlkə də tamaşaçılar Tünzalədən açıq-saçıq geyinməsini gözləmirdilər deyə, onu tənqid etməyə başladılar. pizza mizza
Ola bilər ki, bədən proporsiyalarına uyğun geyinmir. Arada mən də ona baxıb, elə düşünmüşəm ki, bu geyim Tünzalənin bədən ölçüləri üçün deyil. O da sənəti ilə məşğul olan xanımdır. Tünzalə qadındır. Bəlkə də bununla ona ruh gəlir, xoşuna gəlir... Açıq-saçıq geyinsin də... Geyinmirsə də, qoy soyunsun. Ürəyi necə istəyir, etsin. Elə hər zaman biz soyunmayacağıq ki, qoy, bir dəfə də Tünzalə soyunsun".
Telegram kanalımız