“Tünzalə xanımın böyük qlobal formata uyğun deyil. Çünki mən də caz ifaçısı olmuşam. Yeganə azərbaycanlıyam ki, Amerikada bilet satışı ilə solo konsert vermişəm. O da dövlət çərçivəsində olan tədbirlərdə iştirak edib”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Uzun sözün qısası” podkastında müğənni Roza Zərgərli deyib.
O,Tünzalə Ağayevadan incikliyini dilə gətirib: pizza mizza
“Amerikada küçədə olanda özbəklər, ingilislər, amerikalılar, qazaxlar yaxınlaşıb mənimlə şəkil çəkdirirdilər. Tünzalə də çox gözəl bilir ki, ondan incimişəm. Amma günah aparıcılarda idi. Həmin sualı ona verməli deyildilər. Tünzalə də əslində həmin sualı gözləmirdi. Bir kəlmə deməli idi ki, hamımız sevinməli və dəstək durmalıyıq. Mən onunla doğrudan da bacı kimi olmuşam”.
Xatırlatma: “Zarafat bir yana” verilişində Tünzalə Ağayevaya belə bir sual verilmişdi: “Roza Zərgərli dünya trendinə düşüb, amma siz niyə düşə bilməmisiniz?”
İfaçı həmin suala belə cavab verib: “Onun haqqında heç nə deyə bilmərəm. Artistin oxuduğu mahnının onu haralara gətirəcəyini deyə bilmərəm. Biz bu haqda çox fikirləşsək, hər şeyin dalınca qaçmalıyıq. Mən heç vaxt gündəm yazmamışam, musiqi məni gündəm edib. Amma təbii ki, istənilən ölkənin artisti üçün qlobala çıxmaq gözəldir. Baxır, onu nə ilə götürürsünüz. Sadəcə “YouTube” izləmələrinə görə deyirsinizsə, bilmirəm. Mən də Vaşinqtonda çıxış etmişəm. Hollandiyanın, İngiltərənin, UNESCO-nun səhnələrində Azərbaycanı təmsil etmişəm. Mənim qlobalım “YouTube” üzərindən olmayıb. Mənim qlobalım öz yerindədir. Mən özümü Rozadan və digər artistlərdən fərqli hesab etmirəm. Birimizdə rəqəmlərdir, məndə isə canlı səhnələrdir”.
Aydan Hacı
Telegram kanalımız